Əriyən “Qiyamət buzlağı” Sankt-Peterburqu daşqın təhlükəsi ilə üzləşdirir...

...Bir alimin fikrincə, dəniz səviyyəsinin hətta 40 santimetr və ya 1 metr qalxması belə Sankt-Peterburq (bəndinə baxmayaraq), eləcə də Hollandiya və Venesiya üçün ciddi risklər yarada bilər.

Əsas təhlükə ərimə suları və yuxarı okean təbəqəsinin istilik genişlənməsinin kombinasiyasıdır.

SİA xəbər verir ki, Voyeikov Baş Geofizika Rəsədxanasının aparıcı tədqiqatçısı Andrey Kiselyov bildirib ki, Antarktidanın Thwaites buzlağının ("Qiyamət buzlağı" kimi tanınır – A.B.) əriməsi bir çox sahil ölkələri üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Mütəxəssisin fikrincə, qlobal istiləşmə zamanı çoxlu miqdarda ərimə sularının axını ilə yanaşı, dəniz səviyyələri də istilik genişlənməsi səbəbindən yüksəlir.

Bu amillər birlikdə alçaq ərazilər üçün təhlükəni daha da artırır. Hətta 40 santimetr və ya 1 metr qalxma da daşqına səbəb ola bilər.

Kiselyov KP radiosunda qeyd edib ki, risk altında olan Rusiya şəhərləri arasında Sankt-Peterburq ən çox diqqət çəkən şəhərdir. Mövcud bənd yalnız şəhəri qoruyur, ətraf ərazilər isə qaçılmaz olaraq zərər görəcək.

Alim xarici ərazilər arasında Hollandiya və Venesiyanı qeyd etdi.

Mütəxəssislər buzlağın vəziyyətini öyrənməyə davam edirlər, çünki onun deqradasiyası onilliklər boyu əsas iqlim amili olaraq qalır.

Əgər "Qiyamət buzlağı" dağılarsa, dəniz səviyyəsi üç metr qalxa bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə