...Rusiyanın aparıcı təbliğatçılarından biri olan Vladimir Solovyov öz verilişində gözlənilmədən Rusiyanın artıq Odessaya ehtiyacı olmadığını bəyan edib.
Ukraynalı bloqçu Denis Kazanskinin sözlərinə görə, şəhərdə guya “heç bir rus qalmayıb”, yəni onun “qayıdışında” heç bir məna görmür.
SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya federal təbliğatı Rusiya ordusunun Odessa da daxil olmaqla, böyük Ukrayna şəhərlərini ələ keçirə bilmədiyini faktiki olaraq etiraf edib.
Solovyov əvvəlki “azadlıq” ritorikası əvəzinə, Ukrayna şəhərlərinin sakinlərinə qarşı hər hansı bir rəğbətə son qoymağa çağırdı.
Onun sözlərinə görə, Rusiya ukraynalıları düşmən hesab etdiyi üçün onlara “rəhm etməməlidir”.
Yayım zamanı televiziya aparıcısı həmçinin Rusiyanın Ukrayna ərazisinə zərbələrinin qeyri-müəyyən xarakterini faktiki olaraq etiraf edib və “bombaların gözü yoxdur” deyib. Bundan əlavə, Solovyov Rusiya təbliğatının əsas prinsiplərindən birini – “rus dilində danışanları qorumaq” ehtiyacını tərk edib.
O, Rusiyanın guya Ukraynaya “ehtiyacı olmadığını” və vətəndaşlarının sadəcə ordusunu dəstəklədikləri və dövlətə vergi ödədikləri üçün düşmən olduqlarını bildirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB