ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Marko Rubio arasında görüş keçiriləcək. Görüşdən sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Həmçinin tərəflər arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Daha sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə