Pakistanda dəhşətli terror aktı: Qatar partladıldı, azı 24 nəfər öldü

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin paytaxtı Kvettada əsgərləri daşıyan qatara kamikadze hücumu nəticəsində azı 24 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Partlayışdan sonra təhlükəsizlik qüvvələri və yerli sakinlər relsdən çıxmış vaqonlarda qalan yaralıların xilas edilməsi üçün əməliyyat aparıblar.

Hücuma görə məsuliyyəti separatçı silahlı qrup olan Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

Hadisə ilə bağlı araşdırma başladılıb. Pakistan rəsmiləri hücumu terror aktı kimi qiymətləndiriblər.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə