Fransadan ADDIM - yəhudi nazirə sanksiya tətbiq olundu

Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq edib. SİA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsində paylaşım edib. SİTAT: “Bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə girişi qadağan olunur. Qərar onun Smud donanmasında olan Fransa və Avropa vətəndaşlarına qarşı yolverilməz hərəkətləri ilə əlaqədardır. Fransa vətəndaşlarının hədələnməsi, təzyiq və zorakılığa məruz qalması ilə barışa bilməz”, - Barro bildirib.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə