İsrailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının təhqir edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib. O, səfirdən izahat tələb ediləcəyini və Fransa vətəndaşlarının dərhal azad edilməsini istəyəcəyini vurğulayıb: "Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB