...İyirmidən çox sanksiya paketindən sonra Avropa İttifaqı Rusiya iqtisadiyyatının zəifləməsinin ilk nəzərə çarpan əlamətlərini açıqladı.
Brüssel hesab edir ki, məhdudiyyətlərin kumulyativ təsiri Moskvaya daha çox təsir etməyə başlayır, baxmayaraq ki, 2022-ci ildə Qərbdə gözlənilən iqtisadi çöküş hələ çox uzaqdadır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Euronews yazır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, iqtisadiyyat birinci rübdə 0,3 faiz azalıb ki, bu da 2023-cü ilin əvvəlindən bəri ilk azalmadır.
Eyni zamanda, büdcə kəsiri 60 milyard dolları keçib, inflyasiya təxminən 6 faiz səviyyəsində qalır və yüksək əsas faiz dərəcəsi biznesə və istehlaka mane olmağa davam edir. Mərkəzi Bank da ciddi işçi qüvvəsi çatışmazlığı barədə xəbərdarlıq edir.
Hətta Putin belə açıq şəkildə iqtisadi göstəricilərin “gözləntiləri doğrultmadığını” etiraf etdi və artımı bərpa etmək üçün tədbirlər tələb etdi.
AB sanksiyaların tədricən təzyiqi artırdığına əmindir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen müharibənin nəticələrinin “Rusiya ciblərindən ödənildiyini” bildirdi, Fransa naziri Jan-Noel Barro isə Rusiya iqtisadiyyatının “böhrana girdiyini” qeyd etdi.
Brüssel indi G7 ölkələrini Rusiyanın neft sektoruna təzyiqi artırmağa inandırmağa çalışır.
Buraya tanker donanmasına yeni məhdudiyyətlər və Moskvanın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq cəhdi daxildir.
Lakin ekspertlər Rusiya iqtisadiyyatının böyük hərbi xərclər sayəsində hələ də dayanıqlı olduğunu etiraf edirlər. Müharibənin başlanğıcından bəri hərbi büdcə təxminən üç dəfə artıb və müdafiə sənayesi iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib.
Analitiklər qeyd edirlər ki, sanksiyalar Rusiyanı çökdürməyib, lakin iqtisadiyyatını daha az davamlı, hərbi sektordan daha çox asılı və sonrakı şoklara qarşı daha həssas edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB