Rusiya prezidenti Vladimir Putin Pekinə rəsmi səfər edib. SİA-nın məlumatına görə, səfər iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsinin 25-ci ildönümünə təsadüf edir.
Səfərin əsas iş proqramı çərşənbə günü Pekinin mərkəzi Tyananmen meydanında Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi ilə başlayıb. Bunun ardınca ölkə parlamentində Putinlə Çin sədri Si Cinpin arasında danışıqlar baş tutacaq.
Görüşdən sonra tərəflər 40-a yaxın birgə sənədlər imzalayacaq və liderlər mediaya açıqlamalar verəcəklər. Həmin gün Putin və Si Cinpin təhsildə Rusiya-Çin əməkdaşlığı illərinin açılış mərasimində iştirak edəcəklər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB