Tehran Fond Birjası 80 gündən sonra yenidən açılıb

ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan müharibə zamanı bağlanan Tehran Fond Birjası 80 gündən sonra yenidən açıldı.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan müharibə zamanı bağlanan Tehran Fond Birjası 80 gündən sonra yenidən açıldı.

İran dövlət televiziyasının məlumatına görə, müharibə səbəbindən 80 gün bağlı qalan ölkənin ən böyük və əsas fond bazarı olan Tehran Fond Birjası 19 mayda ticarətini bərpa edib.

Müharibə zamanı zərər çəkmiş və açıqlamalı vacib məlumatları olan iri firmalar, eləcə də bağlanma zamanı səhmdarların iclaslarını keçirən firmalar üçün daha geniş bir müddət təmin etmək məqsədilə bazarın iş saatları bir saat uzadılacaq.

ABŞ-ın birtərəfli sanksiyaları nəticəsində qlobal indekslərdən təcrid olunmuş Tehran Fond Birjası, 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibə səbəbindən bu günə qədər bağlı qalmışdı.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə