Bu ölkədə dəmiryolu qəzasında 8 ölü və 32 nəfər xəsarət alan var

Banqkokda dəmir yolu keçidində yük qatarı, sərnişin avtobusu və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların sayı artıq 32 nəfərə çatıb. "Thai PBS" telekanalının yaydığı xəbərə görə, qəzada səkkiz nəfər ölüb.

İlkin məlumata görə, qəzaya avtobusun dəmir yolu relslərində dayandıqdan sonra avtomatik maneə sistemini bağlaması səbəb olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə