ABŞ Prezidenti Donald Trump üç günlük sammit çərçivəsində Çinin paytaxtı Pekin şəhərinə çatıb. Prezident Tramp üçün xüsusi qarşılama mərasimi təşkil olunub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Çin Prezidenti Si Cinpinin dəvəti ilə 13–15 may tarixlərini əhatə edən dövlət səfəri üçün yerli vaxtla saat 19:50 radələrində paytaxt Pekinə gəlib. Bu səfər təxminən 9 ildən sonra bir ABŞ prezidentinin Çinə etdiyi ilk rəsmi səfər kimi qiymətləndirilir. Eyni zamanda, bu proqram Trampın 2017-ci ilin noyabr ayından bəri Çinə etdiyi ikinci səfər olaraq qeydə alınıb.
Çinin Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, iki lider ikitərəfli münasibətlərin əsas məsələləri ilə yanaşı, dünya sülhü və qlobal inkişaf mövzularında da geniş fikir mübadiləsi aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB