Tehranda ticarət mərkəzi yanıb

İranın Fars xəbər agentliyinin məlumatına görə, Tehranın Əndişeh rayonundakı Arghavan Ticarət Mərkəzində yanğın baş verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, binanın kompozit üzlüyü səbəbindən yanğın ticarət mərkəzinə sürətlə yayılıb. Yanan çoxmərtəbəli binadan çıxan tüstü paytaxtın qərb rayonlarında və Tehranın peyk şəhəri Kərəcdə də müşahidə olunub.

Ticarət mərkəzinin müştəriləri və işçiləri təxliyə edilib.

Yanğın lokallaşdırılıb və Əndişehdəki üç yanğınsöndürmə məntəqəsi və Şəhriyar rayonundan xilasedicilər hazırda hadisə yerində işləyirlər.

Yanğının səbəbi araşdırılır.

Mehr-in məlumatına görə, doqquz Qızıl Aypara qrupu yanğında itkin düşənləri axtarır. Rayon prokuroru Mehdi Məhəmmədinin də binanın inşaatçısı üçün həbs qərarı verdiyi bildirilir. On nəfərin yaralandığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə