Niderlandın paytaxtı Amsterdam dünyada ət məhsullarının, eləcə də qazıntı yanacaqlarından istifadə edən mal və xidmətlərin reklamını qadağan edən ilk paytaxt olub. Belə ki, şəhər hakimiyyəti 2050-ci ilə qədər Niderlandın paytaxtını karbondan azad etməyi və ət istehlakını yarıya endirməyi hədəfləyir.
May ayının 1-dən etibarən burgerlər, benzinlə işləyən avtomobillər və aviaşirkətlərin reklamları reklam lövhələrindən, ictimai nəqliyyat dayanacaqlarından və metro stansiyalarından çıxarılıb. Bunun əvəzinə, onlar muzeylər, konsertlər və sərgilər üçün reklamlarla əvəz olunacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB