İsrail Baş Qərargah rəisi ordunun çökməsi ilə bağlı xəbərdarlıq edir..?

...ilin əvvəlindən bəri intihar edən əsgərlərin sayı 18-ə çatıb..?

...SİA xəbər verir ki, “Jerusalem Post” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir ciddi kadr çatışmazlığının İsrail ordusunun çökməsini təhdid etdiyini deyib.

General-leytenant təhlükəsizlik kabinetinin iclasında bildirib ki, “kadr çatışmazlığına həll yolu tapılmasa, İsrail ordusu tezliklə çökə bilər”.

Zamir daha əvvəl Livanda “Hizbullah” hərəkatına qarşı quru əməliyyatları planlarını təsdiqləyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl İsrailin Livan və Fələstinə hücumları davam edərsə, mühasirəyə alınmış Qəzza zolağında İsrail qüvvələrinə mümkün zərbələr endiriləcəyi barədə xəbərdarlıq etmişdi.

İsrailin Qəzza zolağında intensiv hərbi əməliyyatları fonunda İsrail ordusunda İsrail personalı arasında intihar hallarının sayı artıb.

Əksər hallarda səbəb post-travmatik stress pozuntusu olub. Belə hadisələrdən biri ötən ilin avqust ayında baş verib.

Daha sonra İsrail ordusu ölkənin şimal hissəsinin meşələrində ehtiyatda olan zabitin cəsədinin tapıldığını bildirib və onun aktiv xidmətdə olarkən intihar etdiyini iddia edib.

...Bununla da ilin əvvəlindən bəri intihar edən əsgərlərin sayı 18-ə çatıb..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə