İran qonşu ölkələrdən xahiş etdi

İran qonşu ölkələrindən ABŞ-ın öz ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini istəyib. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Esmail Baqayi İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.

"Qonşularımızdan ABŞ-ın öz ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini xahiş etdik", - deyə diplomat bildirib. O, Amerika ordusunun İran kimi suveren bir dövlətə hücum etdiyini və ölkənin Ali Lideri Ayətullah Əli Xameneini və əsas komandirlərini öldürdüyünü xatırladıb. Baqainin sözlərinə görə, bu "dəhşətli təcavüz" cavabsız qala bilməzdi.

Diplomat həmçinin Yaxın Şərqdəki hadisələrə görə məsuliyyəti Avropanın üzərinə qoyub. O, avropalıları cəsarət göstərməyə və bu ədalətsizliyə qarşı çıxmağa çağırıb. "Onlar (avropalılar) ABŞ və İsrailə aldanmamalıdırlar", - deyə Baqayi vurğulayıb.

İran prezidenti Məsud Pezeşkian əvvəllər Fars körfəzi ölkələrinə endirilən zərbələrə görə üzr istəyib və qonşuları İslam Respublikasına hücum etməsələr, onlara hücum etməyəcəyinə söz verib. Pezeşkian həmçinin qonşu dövlətləri "imperializmin əlində oyuncaq" olmamağa çağırıb. O, həmçinin ABŞ-ın İranın qeyd-şərtsiz təslim olması tələbinin "onların məzarlarına aparmalı olduqları bir xəyal" olduğunu bildirib.

Bundan əvvəl Qərb İranın qalib gəlmək üçün yalnız iki hədəfi vurmasının kifayət olduğunu etiraf etmişdi.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə