Tehranda polis postlarına hücum olub - ölənlər var

İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində 10-a yaxın təhlükəsizlik əməkdaşı həlak olub.

Bu barədə "Fars" agentliyi məlumat yayıb. İddiaya görə, hücumlar İsrailin MOSSAD kəşfiyyat xidməti tərəfindən təxribat məqsədilə təşkil olunub.

Qeyd edilir ki, toqquşmaların qeydə alındığı ərazilərdə vəziyyət hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə