ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında mümkün mina təhlükəsi ilə bağlı sərt bəyanatla çıxış edib.
SİA xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda boğazı minalamağa cəhd edən hər hansı qayıq və ya gəminin dərhal məhv ediləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ bu cür addımların qarşısını almaq üçün xüsusi texnologiya və raket imkanlarından istifadə edəcək. “Biz narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni texnologiya və raket imkanlarından istifadə edərək Hörmüz boğazını minalamağa çalışan hər hansı qayıq və ya gəmini birdəfəlik məhv edəcəyik. Onlarla tez və sərt şəkildə hesablaşılacaq. Ehtiyatlı olun!” – deyə Tramp vurğulayıb.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB