Polşa Ukrayna və Belarusla sərhədləri boyunca hava nəqliyyatını məhdudlaşdırıb
Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə ölkənin şərq hissəsində 10 mart - 9 iyun tarixlərində hava hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Polşa, ölkənin şərq hissəsində, Belarus və Ukrayna ilə sərhədləri boyunca hava nəqliyyatına məhdudiyyətlər tətbiq edir , polityka xəbər verir .Məhdudiyyətlər Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə "milli təhlükəsizliyin təmin edilməsi zərurəti" səbəbindən 10 mart - 9 iyun 2026-cı il tarixləri arasında qüvvədə olacaq.
"Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə 2026-cı il martın 10-dan iyunun 9-dək Polşanın şərqində hava nəqliyyatına məhdudiyyətlər tətbiq olunacaq", - deyə açıqlamada bildirilir.
Qeyd edildiyi kimi, məhdudiyyətlər 3 km-dən yuxarı hündürlükdə sərnişin təyyarələrinin uçuşlarına şamil edilmir.
Xatırladaq ki, Polşa hərbi hissənin ərazisində kiçik pilotsuz uçuş aparatının qəzaya uğraması ilə bağlı hadisəni araşdırır.
Bundan əvvəl Polşa hərbi qüvvələri 30-31 yanvar gecəsi Belarusdan ölkənin hava məkanına daxil olan obyektləri aşkar etmişdi. Bununla əlaqədar olaraq, təhlükəsizlik səbəbləri ilə Podlaskie voyevodalığı üzərində mülki aviasiya uçuşları müvəqqəti olaraq məhdudlaşdırılmışdı .
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB