Gürcüstanın Baş naziri Mojtaba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik etdi
İrakli Kobaxidze İranın yeni seçilmiş Ali Liderinə təbrik məktubu göndərib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın Ali Lideri seçilməsi münasibətilə Mojtaba Xameneiyə rəsmi təbriklər göndərib; təbrik mətni Gürcüstan hökumətinin saytında dərc edilib.
Martın 4-də İranın Ekspertlər Şurası mərhum Ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Mojtaba Xameneini yeni Ali Lider seçib.
"Gürcüstan hökuməti adından sizi İran İslam Respublikasının Ali Lideri seçilməyiniz münasibətilə təbrik edirəm. Gürcüstan iki ölkə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığa böyük əhəmiyyət verir", - deyə Kobaxidze yazıb.
Hökumət başçısı İran xalqına sülh və firavanlıq arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB