"Baş verənləri narahatçılıqla izləyirik" - Pasinyan İrandakı müharibədən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən təşkil edilən onlayn görüşdə İran müharibəsi barədə danışıb. N. Paşinyan öz çıxışında qeyd edib ki, Ermənistan, xüsusən də bir sıra dost və tərəfdaş dövlətlərin bu vəziyyətə cəlb olunduğunu nəzərə alaraq, regionda baş verən prosesləri narahatlıqla izləyir.

Ermənistanın Baş naziri böhranın tezliklə həll edilməsinin zəruriliyini qeyd edərək, gərginliyin azaldılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində diplomatik səylərin vacibliyini vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə