İsrail Livandakı “Rusiya evi”nə zərbə endirib...

İsrail Livanın Nəbatiyə şəhərindəki “Rusiya evi”nə zərbə endirib.

SİA-nın məlumatına görə, mədəniyyət mərkəzinin direktoru Əsəd Deyya sağdır, Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov özünün Telegram kanalında bildirib.

...Bunlar bizim yaxşı dostlarımızdır; mədəniyyət mərkəzində heç bir hərbi fəaliyyət olmayıb. Zərbə səbəbsiz baş verib, - Primakov vurğulayıb.

O, əlavə edib ki, Beyrutdakı rəsmi Rossotrudniçestvo ofisi həmkarları ilə əlaqə saxlayır.

Əvvəllər İsrail təyyarələrinin Livanın cənubundakı iki mülki müdafiə postuna zərbə endirdiyi bildirilirdi.

Hücum nəticəsində iki xilasedici həlak olub, altı nəfər yaralanıb.

Zərbələrdən biri Tayr Debba bələdiyyəsi yaxınlığındakı posta dəyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə