Li Çje Myon Cənubi Koreyada yanacaq qiymətlərinə məhdudiyyət tətbiq etməyə çağırıb
Cənubi Koreya Prezidenti Li Çje Myon martın 9-da ölkə hakimiyyətini daxili bazarda yanacağın qiymətlərinə məhdudiyyət tətbiq etməyə çağırıb.
SİA xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
O həmçinin ABŞ, İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda qaz qiymətlərinin artması və valyuta bazarlarındakı qeyri-sabitliyin fəsadlarını yumşaltmaq üçün əvvəlcədən tədbirlər hazırlamağı təklif edib.
Cənubi Koreya lideri gərginliyin artmasının iqtisadi fəsadlarını minimuma endirmək üçün yanacaq qiymətlərinin artması ilə bağlı mümkün mənfi ssenarilərə əvvəlcədən hazırlaşmağın vacibliyini vurğulayıb. O həmçinin maliyyə sabitliyini təmin etmək üçün tədbirlər görməyə və enerji resurslarının tədarükü üçün alternativ marşrutların axtarışına başlamağa çağırıb.
Li Çje Myon həmçinin maliyyə və valyuta bazarlarında artan volatilliyə reaksiya vermək üçün hökumətə və Koreya Bankına əlavə tədbirlər hazırlamağı tapşırıb və ehtiyac yaranarsa, 100 trilyon von (təxminən 66,8 milyard dollar) həcmində olan bazarın sabitləşdirilməsi proqramının genişləndirilə biləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB