İran Rusiyaya ixracı 60 faiz məhdudlaşdırıb...

İran hökuməti bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına müvəqqəti qadağa qoyub.

Tehrandakı Rusiya Ticarət Nümayəndəliyinin mətbuat xidmətinin məlumatına görə, bu kateqoriyalı mallar İranın Rusiyaya ümumi ixracının 60 faizdən çoxunu təşkil edir. Rusiya Ticarət Nümayəndəliyi xarici iqtisadi fəaliyyətin bütün iştirakçılarına bu məhdudiyyəti nəzərə almağı tövsiyə edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 3 mart 2026-cı ildən sonrakı xəbərdarlığa qədər İran bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb.

Bu tədbir davam edən hərbi münaqişə fonunda ölkənin daxili ərzaq təhlükəsizliyini təmin etmək üçün görülüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə