“Axtarın, yenə tapacaqsınız..?”

Abbas Qallyamov bunu, siyasi strategiya baxımından qüsursuz bir addım kimi görür..?

...ABŞ-ın hazırkı liderləri arasında İranın yeni rəhbərliyi üçün bir neçə uyğun namizəd var.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Tramp iddia edir.

O, həmin uyğun namizədlərin təsadüfən öldürülməmələri üçün onları ABŞ ordusunun yaxından izlədiyini söyləyib.

Rusiyalı politoloq Abbas Qallyamov “Facebook” səhifəsində bunu siyasi strategiya baxımından qüsursuz bir addım hesab edir.

Onun dediyinə görə, indi öldürülməyən hər kəs şübhə altındadır: “Tramp onlara göz dikə bilərmi?”

Əsas məsələ odur ki, onun yalan danışdığını deyə bilməzsiniz. Xatırladaq ki, Venesuelada ABŞ məhz bu taktikanı işlədib. Amerikalı namizəd ölkədə ikinci ən yüksək vəzifəli şəxs oldu. İran hakimiyyəti daxilində hökm sürən paranoyanı da qiymətləndirməmək olmaz.

...Bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun əsas bölməsi olan Qüds Qüvvələrinin rəhbərini həbs ediblər. Belə ki, o, Mossad agenti olmaqda şübhəli bilinir.

Maraqlıdır ki, şübhəyə səbəb nədir?

...Yəni onun şübhəli halda hələ də sağ qalması...

Artıq bir neçə dəfə onun iştirak etdiyi görüşlərdə digər iştirakçılar aradan götürülsə də,..amma o, hələ də “sağ gəzir”..?

...Ümumiyyətlə, əziz ayətullahlar, axtarın və tapacaqsınız.

Hə, bunu mən yox, Abbas Qallyamov “məsləhət bilir”...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə