Tramp ABŞ-ın quru qoşunlarını İrana yerləşdirməyi düşünür..?

Konkret strateji məqsədlərə çatmaq üçün...

...Və bu arada ABŞ prezidenti Donald Tramp İrana Amerika quru qoşunlarının yerləşdirilməsi ilə bağlı ciddi maraqlarını gizli şəkildə ifadə edib.

SİA-nın əldə etdiyi məlumata görə, NBC News xəbər verir ki, bu barədə bir neçə ABŞ rəsmisi və daxili administrasiya müzakirələri ilə tanış olan mənbələr bildirib.

Onların sözlərinə görə, köməkçiləri və Respublikaçılar Partiyasının nümayəndələri ilə söhbətlər zamanı Tramp İran üçün mümkün müharibədən sonrakı ssenarini açıqlayıb.

Bu, genişmiqyaslı işğalı deyil, konkret strateji məqsədlərə çatmaq üçün istifadə edilə bilən kiçik bir ABŞ qoşun kontingentini əhatə edir(edəcək?). Mənbələr qeyd edir ki, prezident heç bir yekun qərar və ya quru qoşunlarının yerləşdirilməsi barədə əmr verməyib.

Lakin, şəxsi müzakirələr göstərir ki, o, bu variantı ictimai açıqlamalarında göstəriləndən daha ciddi şəkildə nəzərdən keçirir.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, hesabatlar anonim mənbələrdən gələn fərziyyələrə əsaslanır.

...Prezident Tramp həmişə müdrikcəsinə bütün variantları açıq saxlayır, lakin bu və ya digər variantı dəstəklədiyini iddia etməyə çalışan hər kəs danışıqlar masasında real yerlərinin olmadığını sübut edir, - deyə o bildirib.

...Pentaqonun məlumatına görə, müharibə başlayandan bəri İranın əks-hücumlarında altı Amerika əsgəri həlak olub və 18 nəfər yaralanıb.

Mənbələr bildirir ki, Tramp hökumət dəyişikliyindən sonra İranla mümkün münasibətlər üçün bir model də müzakirə edib.

O, bunu ABŞ-ın Delsi Rodrigezin rəhbərlik etdiyi yeni hökuməti dəstəklədiyi və neft sənayesində əməkdaşlıqdan faydalandığı keçmiş prezident Nikolas Maduronun həbsindən sonrakı Venesueladakı vəziyyətlə müqayisə edib.

"New York Post" qəzetinə verdiyi müsahibədə Tramp quru qüvvələrinin istifadəsini istisna etməyəcəyini bildirib.

...Hərbi bölmələrin quruda istifadəsindən heç bir şübhəm yoxdur, - deyə o, əlavə edib ki, belə bir seçim yalnız müəyyən şərtlər daxilində zəruri ola bilər. Ekspertlər qeyd edirlər ki, potensial qoşun yerləşdirmələri yüksək dəyərli hədəfləri məhv etmək və ya nüvə obyektlərini qorumaq üçün reydlər kimi məhdud xüsusi əməliyyatları əhatə edə bilər.

Lakin analitiklər bunun tammiqyaslı quru əməliyyatından əhəmiyyətli dərəcədə fərqli olduğunu söyləyirlər.

Əli Baabyev

Bütün xəbərlər Facebook səhifəmizdə