İran gecə ərzində İsrail ərazisinə üç raket zərbəsi endirib

Sonuncu atəş səhər saat 4:00-dan bir az əvvəl baş verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli medianın verdiyi məlumata görə, zərbələr nəticəsində heç kim itki verməyib.

İran 5 martdan əvvəlki gecə İsrailə üç raket dalğası atıb . Amerikanın CNN telekanalı xəbər verir ki , Qüdsdə və ölkənin mərkəzi ərazilərində hava hücumları barədə xəbərdarlıqlar edilib .Medianın verdiyi məlumata görə, sonuncu atəş səhər saat 4:00-dan bir az əvvəl baş verib.

Yerli "The Times of Israel" qəzeti hücumlarda heç kimin itki vermədiyini bildirib. İranın hücumu zamanı Təl-Əvivdə və İsrailin mərkəzi hissəsində sirena səsləri eşidilib.

5 mart saat 8 radələrində İsrail Müdafiə Qüvvələri İsrail Hərbi Hava Qüvvələrinin Tehrandakı İran rejiminin hədəflərinə yeni hava hücumları başlatdığını açıqladı.Xatırladaq ki, Tehran rejimi devirmək cəhdlərinə cavab olaraq İsraildəki nüvə obyektinə zərbə endirmək ehtimalını qəbul edir və İranın fikrincə, ABŞ və İsrail buna hazırlaşa bilər

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə