Rusiyada PUA hücumu səbəbindən 10 hava limanı bağlanıb

Rusiyada PUA hücumu səbəbindən 10 hava limanı bağlanıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İlkin məlumata görə, kütləvi pilotsuz təyyarə basqınının əsas hədəfi Saratov Neft Emalı Zavodudur.

5 mart tarixində Rusiyanın bir neçə bölgəsi naməlum dronların kütləvi hücumlarına məruz qaldı. Bununla əlaqədar olaraq, Vladikavkaz, Krasnodar, Qroznı, Maqas, Penza, Saratov, Volqoqrad, Soçi, Ulyanovsk və Samara da daxil olmaqla on hava limanı Kilim planını həyata keçirdi . Bu barədə Rusiya mediası məlumat yayıb.

Bu təxliyələr uçuş xidmətlərinin dayandırılmasını və bütün təyyarələrin potensial təhlükə zonasına məcburi enişini əhatə edir.

Hücumun hədəflərinin Rosneft-ə məxsus Saratov Neft Emalı Zavodu da daxil olmaqla strateji obyektlər olduğu bildirilir.

Daha əvvəl Rusiyanın Saratov və Engels şəhərlərində onlarla partlayış səsi eşidildiyini bildirmişdik . Yerli sakinlərin sözlərinə görə, vəziyyət elektrik təchizatında problemlərə, eləcə də yanğınlara səbəb olub. Saratov vilayətinin qubernatoru bölgəyə ən kütləvi hücumlardan birini elan edib. Ukrayna Telegram kanalları Saratov neft emalı zavoduna aktiv hücum barədə məlumat verib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə