"Dəstəkləyirik" - Britaniyadan Fransa QƏRARI

Böyük Britaniya Fransa Prezidenti Emmanuel Makronun təqdim etdiyi Parisin yenilənmiş nüvə doktrinasını dəstəkləyib. Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəftərxanasının bəyanatında deyilir. Sitat: "Biz Prezident Makronun nüvə məsələlərində müttəfiqlərlə daha sıx əməkdaşlıq təklifini alqışlayırıq", - məlumatda bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya və Fransa Avropaya qarşı təhdidlərin qarşısını almaqda qətiyyətlidir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə