Ramzan Kadırov təcili Mədinəyə getdi - oğlanlarını geri qaytarmaq üçün...

Çeçenistan lideri Ramzan Kadırovun “Airbus” markalı təyyarəsi martın 4-də Mədinə şəhərinin hava limanına eniş edib. Bu barədə ArbatMedia saytı məlumat yayıb

Sayt R. Kadırovun tələm-tələsik Səudiyyə Ərəbistanına səfər etməsini onun övladları Adam və Əlinin bu ölkədə olması ilə əlaqələndirib. Sayt yazır ki, İran raketlərinin Səudiyyə Ərəbistanına zərbələr endirdiyi bir vaxtda R.Kadırov oğlanlarını Çeçenistana qaytarmaq üçün ora gedib. Uçuş izləmə məlumatlarına görə, “Airbus ACJ319” təyyarəsi Moskva vaxtı ilə saat 11:42-də Mədinəyə enib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə