Kürdlər İranla müharibəyə hazırlaşır. Plan barədə məlumatlı olan mənbə CNN telekanalına açıqlamasında bildirib ki, hərbi qüvvələrin yaxın günlərdə aktiv mərhələyə keçməsi gözlənilir. Mənbənin sözlərinə görə, bölgədə vəziyyət sürətlə dəyişir və əməliyyatların miqyasının genişlənməsi ehtimalı istisna edilmir.
SİA xəbər verir ki, CNN-in yaydığı məlumata əsasən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda daxili gərginliyi artırmaq məqsədilə kürd silahlı qruplarına dəstək göstərdiyi iddia olunur. Kanal qeyd edir ki, bu addımın məqsədi ölkə daxilində təzyiqi artırmaq və hərbi əməliyyatların strateji istiqamətini genişləndirmək ola bilər.
Mənbə əlavə edib ki, sözügedən məlumat təsdiqini tapsa, bu, ABŞ-nin “Epik Qəzəb” adlandırılan hava kampaniyasının yalnız hava zərbələri ilə məhdudlaşmayacağını, eyni zamanda İranın şimal-qərb sərhədi istiqamətində quru komponenti ilə də davam etdirilə biləcəyini göstərəcək.
Xatırladaq ki, yayılan məlumatlara görə, İsrail və ABŞ qüvvələri fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İran rəhbərliyində və təhlükəsizlik strukturlarında yüksək vəzifəli şəxslər arasında itkilərin olduğu bildirilir. İran tərəfi isə buna cavab olaraq regiondakı ABŞ hərbi bazalarına və İsrail ərazisinə qarşı zərbələr endirdiyini açıqlayıb.
Qeyd olunur ki, bölgədəki qarşıdurma Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib və beynəlxalq ictimaiyyət tərəfləri eskalasiyanın qarşısını almağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB