İsrail Tehranı vurdu: ölən və yaralananlar var

İsrail qüvvələri İran paytaxtı Tehranın şimal-şərq istiqamətində yerləşən bir sıra obyektlərə hava zərbələri endirib.

SİA xəbər verir ki, bu barədə İranın yarırəsmi “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, hücum zamanı güclü partlayış səsləri eşidilib və hadisə yerinə dərhal xilasedici və tibbi briqadalar cəlb olunub.

Agentliyin bildirdiyinə görə, zərbələr nəticəsində xeyli sayda ölən və yaralananlar var, lakin rəsmi qurumlar tərəfindən dəqiq rəqəmlər hələ açıqlanmayıb. Yerli mənbələr bəzi yaşayış məntəqələrində və infrastruktur obyektlərində ciddi dağıntıların yarandığını qeyd edir.

Hadisə regionda İsrail-İran qarşıdurmasının daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Son günlər Tehranın müxtəlif bölgələrində hava hücumları və qarşılıqlı hərbi əməliyyatların intensivləşib, Beynəlxalq müşahidəçilər isə vəziyyətin Yaxın Şərqdə genişmiqyaslı eskalasiya riskini artırdığını vurğulayırlar.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə