...SİA-nın əldə etdiyi məlumata görə, “Infox” xəbər verir ki, İranın Ali Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocastəh Bağırzadə ABŞ və İsrailin onun evinə endirdiyi hava zərbələri nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
79 yaşlı qadın fevralın 28-də Tehrandakı evində ağır yaralanıb.
Zərbədən sonra o, komaya düşüb. Həkimlər onu xilas etmək üçün əllərindən gələni etsələr də, səyləri uğursuz olub.
...Mənsurə Xocastəh Bağırzadə 1947-ci ildə Məşhəddə dindar bir fars ailəsində anadan olub. Atası Məhəmməd İsmayıl Xocastəh Bağırzadə şəhərdə tanınmış iş adamı idi. Qardaşı Həsən Xocastəh Bağırzadə əvvəllər İranın dövlət televiziyasının direktor müavini vəzifəsində çalışıb.
Mənsurə Əli Xamenei ilə 1964-cü ildə özəl bir tədbirdə tanış olub. Növbəti il onlar evləniblər. Cütlüyün dörd övladı olub: 2 oğlan və iki qız... onlardan biri də hücum zamanı ölüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB