ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Tramp İran rejiminin zəiflədiyini və nüvə silahı əldə etmək niyyətində olduğunu görərək ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə addım atıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vens Trampın əsas məqsədinin İranın nüvə bombası hazırlaya bilməyəcəyinə əmin olmağıdır. O qeyd edib ki, əgər plan həyata keçərsə, hesab edirəm ki, Tramp nəticədən razı qalacaq”.
O əlavə edib ki, ABŞ-la razılaşmayan bəzi beynəlxalq təşkilatlar da açıq şəkildə bildiriblər ki, İranın yeraltı və yüksək səviyyədə zənginləşdirilmiş obyektlər tikməsinin məqsədi yalnız nüvə silahı hazırlamaq olub.
Vens vurğulayıb ki, rejimdə baş verənlər ikinci dərəcəlidir; əsas hədəf isə İranın terrorçu rejiminin nüvə bombası əldə etməsinin qarşısını almaqdır.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan etibarən İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, bir sıra yüksək səviyyəli məmurlar həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB