“Yaxın Şərq böhranı diqqəti Ukraynadan yayındırmamalıdır”

Avropa Kiyevi dəstəkləməyə davam etməlidir...

...Litva Prezidenti Gitanas Nauseda qeyd edib ki, Yaxın Şərqdə hərbi eskalasiya beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsindən yayındırmamalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu X sosial şəbəkəsində yazıb.

Estoniya Prezidenti Alar Karis ilə telefon danışığından sonra Nauseda bildirib ki, Avropa Ukraynanı siyasi, iqtisadi və hərbi tədbirlərlə dəstəkləməyə davam etməlidir.

Digər məsələlərlə yanaşı, prezidentlər Yaxın Şərqdəki vəziyyəti, regiondakı Litva və Estoniya vətəndaşlarının təhlükəsizliyini və onların vətənə qaytarılmasını müzakirə ediblər.

Nauseda və Karis Yaxın Şərqdə qalan vətəndaşlarına təcili konsulluq yardımı göstərmək üçün Litva və Estoniya qurumları arasında sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə