İran nüvə obyektinin məhv edildiyini açıqladı

MAQATE hazırda nüvə infrastrukturuna heç bir ziyan vurmadığını qeydə alsa da, regiondakı vəziyyət gərgin kimi təsvir olunur.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran ABŞ-İsrail hərbi əməliyyatı zamanı Nətənz nüvə obyektinin hava hücumları nəticəsində zədələndiyini açıqladı. Lakin, Reuters agentliyinin verdiyi məlumata görə , beynəlxalq müşahidəçilər hələlik nüvə infrastrukturuna hər hansı bir ziyan dəydiyini təsdiqləməyiblər. İranın BMT-dəki səfiri Rza Nəcəfi bildirib ki, "Dünən onlar yenidən İranın dinc və qorunan nüvə obyektlərinə hücum ediblər".

Diplomat hansı hədəflərin vurulduğu soruşulduqda, Natanza hücum edildiyini bildirib.

Bu arada, MAQATE-nin baş direktoru Rafael Qrossi qeyd edib ki, hazırda Buşehr nüvə elektrik stansiyası, Tehran tədqiqat reaktoru və ya digər nüvə yanacaq dövrü qurğuları da daxil olmaqla hər hansı bir nüvə obyektinin hava hücumları zamanı zədələndiyinə dair heç bir əlamət yoxdur.

Xatırladaq ki, fevralın əvvəlində peyk görüntüləri 2025-ci ilin iyun ayında ABŞ və İsrailin hücumlarından sonra İranın zədələnmiş nüvə obyektlərində bərpa işlərini qeydə almışdı . Nətənz və İsfahanda əvvəllər ciddi ziyan çəkmiş binaların damları yenidən görünüb.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar dörd həftə davam edə bilər .

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə