Hörmüz boğazına ancaq İran və Çinin donanması buraxılır

Hörmüz boğazına ancaq İran və Çinin donanması buraxılır.

SİA xəbər verir ki, bu barədə məlumat İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) teleqram kanalında yayılıb.

"Hörmüz boğazı ətrafında gəmilərin mövqeyinə dair ən son görüntü göstərir ki, gəmilərin əksəriyyəti boğazın hər iki tərəfində dayanıb və bu boğazdan keçmə riskini qəbul etməyə hazır deyillər" , - məlumatda bildirilib.

Bundan başqa, Fars körfəzinə ABŞ gəmilərinin girişinə qadağa qoyulduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə