İsrail Müdafiə Qüvvələri (ÇAGAL) İranın qərbindəki Kirmanşah yaxınlığında qabaqcıl SA-65 zenit-raket sistemi vurulduğunu açıqlayıb. ÇAGAL-ın rəsmi Telegram kanalına görə, İsrail ordusu İranın strateji hava hücumundan müdafiə obyektlərinə qarşı böyük bir zərbə endirərək Tehranın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Hərbçilərin sözlərinə görə, dəqiq kəşfiyyata əsaslanan əməliyyat zamanı İranın əsas hava hücumundan müdafiə sistemləri vurulub. İranın qərbindəki Kirmanşah yaxınlığında qabaqcıl SA-65 zenit-raket sistemi vurulub. ÇAGAL hücumun strateji əhəmiyyətini vurğulayıb.
Bəyanatda deyilir: "Bu zərbələr İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanı üzərində hərəkət azadlığını yaratmaq və gücləndirmək məqsədi ilə həyata keçirilib". İsrail hərbi komandanlığı qeyd edir ki, "Aslanın nəriltisi" əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) müdafiə potensialına ciddi zərbə vurub. İsrailin hərəkətlərinin əsas məqsədinin düşmənin hərbi imkanlarını zəiflətmək və İsrail dövlətinin daxili cəbhəsinə təhdidlərin qarşısını almaq olduğu deyilir.
28 fevralda İsrail və ABŞ İrana qarşı hücumlara başladılar. İsraillilər bu hərbi əməliyyatı "Aslanın Nəriltisi", amerikalılar isə "Epik Qəzəb" adlandırdılar.
Öz növbəsində İran da cavab olaraq İsrailə və Amerika bazalarına zərbələr endirməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB