Politico: “Putinin yalanlarına inanmayın...”

İqtisadi təzyiq işə yarayır...

...Britaniya maliyyə naziri Reyçel Rivz və onun İsveçli həmkarı Elizabet Svannesson Rusiya iqtisadiyyatının Kremlin təsvir etdiyindən xeyli zəif olduğunu bildiriblər və müttəfiqlərini sanksiya təzyiqini artırmağa çağırıblar.

SİA-nın məlumatına görə, Politico xəbər verir ki, Ukraynanın tammiqyaslı işğalından dörd il sonra Rusiya iqtisadiyyatı ciddi disbalans əlamətləri göstərir.

Nazirlərin sözlərinə görə, kəşfiyyat məlumatları Rusiya hökumətinin inflyasiya və ÜDM artım rəqəmləri də daxil olmaqla iqtisadi statistikanı qəsdən təhrif etdiyini təsdiqləyir.

...Bunlar müharibənin əvvəlindən bəri Rusiya iqtisadiyyatı üçün ən zəif göstəricilərdir və vəziyyət gələn il daha da pisləşəcək, - deyə onlar qeyd edirlər.

Kreml iqtisadi “dayanıqlılığı” mifini təbliğ etməklə sanksiyalara beynəlxalq dəstəyi sarsıtmağa çalışır. Lakin müharibənin real nəticələri Rusiya vətəndaşları tərəfindən hiss olunur: hərbi xərclər nəticəsində qiymətlərin artması səbəbindən ailələr hətta ərzaq məhsullarını da azaldır. Nazirlər qeyd edirlər ki, "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı yeni sanksiyaların tətbiqindən sonra Rusiyanın enerji gəlirləri üçdə bir qədər azalıb, Aİ isə Rusiya qazının idxalına tamamilə qadağa qoymağa razılaşıb.

...Böyük Britaniya həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının daşınması ilə bağlı xidmətlərə tam qadağa qoymağa hazırlaşır.

Nazirlər müttəfiqləri bütün Rusiya neft və neft məhsulları daşıyıcılarına dəniz xidmətləri göstərməməyə çağırırlar. Onların iddiasına görə, bu, Kremlin resurslarının tükənməsini sürətləndirəcək.

Milli Rifah Fondunun əhəmiyyətli bir hissəsi artıq müharibəyə xərclənib və qalan vəsait 2025-ci il büdcə kəsirini ödəmək üçün kifayət deyil.

Nazirlər hesablayırlar ki, Rusiya sanksiyalar səbəbindən 450 milyard dollardan çox itirib - bu, dörd illik müharibə maliyyələşdirməsinə bərabərdir. Onlar təzyiqin artırılmalı və Ukraynaya AB tərəfindən vəd edilən 90 milyard avroluq kreditin mümkün qədər tez verilməsində israr edirlər.

...Yalnız Rusiya üçün müharibənin dəyərini artırmaqla və Ukraynanın mövqeyini gücləndirməklə bizi ədalətli və davamlı sülhə yaxınlaşdıracağıq.

Bu, Rivz və Svanessonun gəldikləri qənaətdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə