Kiyevdə 50 ton qanunsuz spirtli içki qarışığı olan anbarlar aşkar edilib

Kiyevdə bir qrup şəxs tanınmış brendlərin loqotipləri altında spirtli içkilərin gizli istehsalını təşkil edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki,Kiyevdə məşhur brendlərin araq, rom və viskisi kimi nəzərdə tutulan təxminən 50 ton qanunsuz spirtli içki qarışığı olan anbarlar aşkar edilib. Bu barədə 27 fevralda Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti məlumat verib .Qeyd olunur ki, Kiyevdə bir qrup şəxs tanınmış brendlərin loqotipləri altında spirtli içkilərin gizli istehsalını təşkil edib.

Anbarlarda aparılan icazəli axtarışlar zamanı təxminən 50 ton spirtli içki qarışığı və spirt, 1000-dən çox hazır məhsul paketi (tetrapak), viski və romun qablaşdırılması üçün kağız qutular, eləcə də evdə hazırlanmış spirtin butulkalara doldurulması üçün istifadə olunan avadanlıqlar aşkar edilərək müsadirə edilib.

Müsadirə edilən məhsullar və spirtli içkilər ekspertizaya göndərilib.

Aksizli malların qanunsuz istehsalı, saxlanması, satışı və ya satışı məqsədilə daşınması ilə bağlı məhkəməyəqədər araşdırma aparılır.

Xatırladaq ki, əvvəllər Ukraynada iki qanunsuz spirtli içki zavodu ləğv edilmişdi . Biri Rovno vilayətində, digəri isə Çerkassıda yerləşirdi. Müsadirə edilmiş malların ümumi dəyəri 5,5 milyon qrivnaya çatdı.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə