...Rusiya mənalı sülh danışıqlarında maraqlı deyil.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Amerika Müharibə Tədqiqatları İnstitutunun analitiklərinin fikrincə, Kreml uzunmüddətli müharibəyə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinə yaxın bir mənbə bildirib ki, Rusiyanın danışıqlardakı mövqeyi heç də dəyişməyib və danışıqlardakı əsas fikir ayrılıqları “həll edilə bilməz”.
Analitiklər qeyd ediblər ki, “bu daxili açıqlamalar Kremlin müharibəni ən azı sentyabr ayına qədər, lakin çox güman ki, daha uzun müddət davam etdirməyi planlaşdırdığını göstərir”.
Kreml danışıqlara niyə ehtiyac duyur?
Müharibə Tədqiqatları İnstitutu qeyd edir ki, ruslar danışıqlardan Rusiya ordusunun döyüş meydanındakı vəziyyəti öz xeyrinə çevirə bilməsi üçün istifadə edirlər.
Və təbii ki, vaxt itirmək üçün bir vasitə kimi...
Analitiklər əlavə ediblər ki, “Kreml təkcə müharibəni bitirmək üçün mənalı danışıqlarda maraqlı deyil, həm də Rusiyanın döyüş meydanında daha əlverişli mövqedən hərbi əməliyyatları davam etdirməsinə imkan vermək üçün davam edən səyləri sabotaj etməyə çalışır”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB