Danışıqlar uğursuz olsa, müharibə başlayacaq

İran və ABŞ arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların uğursuzluğu müharibənin başlanmasına səbəb ola bilər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi deyib.

“Diplomatik proses başlayıb və zirvə nöqtəsinə çatıb. ABŞ həftələrlə və aylarla müzakirə etməyə davam etməyəcəyini açıq şəkildə göstərib”, - o əlavə edib.

Qeyd edək ki, İran və ABŞ arasında Cenevrədə növbəti görüşün 26 fevralda keçiriləcəyi gözlənilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə