"Yuventus" rəhbərliyi 27 yaşlı amerikalı yarımmüdafiəçi ilə yeni müqavilənin şərtlərini rəsmi olaraq qəbul edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Ueston Makkenni A Seriyasında qalacaq . "Yuventus"un amerikalı yarımmüdafiəçi ilə yeni müqavilə imzaladığı bildirilir. Yeni müqaviləyə əsasən, oyunçu 2030-cu ilə qədər "Qoca Sinyora"da oynayacaq.
27 yaşlı yarımmüdafiəçinin ildə təxminən 4 milyon avro qazanacağı bildirilir. Nəşr əlavə edir ki, onun maaşı hər mövsüm artacaq.
Turin klubu müqavilənin uzadılmasını gələn həftə açıqlayacaq. Bu mövsüm Ueston İtaliya liqasında 25 oyun keçirib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.
Daha əvvəl "Yuventus"un "Mançester Siti"dən yüksək səviyyəli transfer hazırladığı bildirilirdi .
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB