...Dörd illik müharibə və Ukraynaya dəstək dövründə ən azı 403 nəfər məhkum edilib, onlardan 200-dən çoxu hələ də həbsdədir.
SİA-nın məlumatına görə, bu barədə "Viasna" insan haqları mərkəzi bildirib.
Məhkum edilənlərdən yetmiş biri qadındır.
Ən azı beş Ukrayna vətəndaşı da həbsdədir.
Cəzaların böyük əksəriyyəti "ekstremist fəaliyyətə kömək"lə bağlı olub - 213 nəfər Rusiya hərbi texnikasının fotoşəkillərini və videolarını "ekstremist qruplara" ötürməkdə məhkum edilib.
Otuz dörd nəfər, o cümlədən Maçulişidəki dəmir yolunda təxribatda; 47 nəfər Ukrayna tərəfində döyüşmək niyyətində; 48 nəfər Ukrayna xüsusi xidmət orqanları ilə əlaqədə; 40 nəfər Kalinovski alayına və Ukrayna Silahlı Qüvvələrinə ianə verdiyinə görə; 41 nəfər "dövlətə xəyanət"də məhkum edilib.
Qeyd etmək lazımdır ki, insan haqları fəallarının Belarusdakı fəaliyyətləri məhduddur və bir çox belaruslular qohumlarının siyasi səbəblərdən məhkum edildiyini bildirməkdən çəkinirlər.
İnsan haqları fəallarının istinad etdiyi rəqəm bir neçə dəfə çox ola bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB