...Yadplanetlilərin mövcudluğunu etiraf edən ABŞ-ın müdafiə naziri Pit Heqset, bu məsələni ətraflı müzakirə etmək üçün araşdırma aparılmasını da gizlətməyib.
SİA-nın məlumatına görə, o, bunu 24 fevralda mətbuata açıqlamasında bildirib.
...Gözləyək. Materialları araşdırıb nəticə çıxaracağam, - deyə nazir bildirib və əlavə edib ki, lazım gələrsə, yerüstü həyatın mövcudluğunu təsdiqləyən məlumatları dərc edəcək.
O, qeyd edib ki, mövzu ilə bağlı bütün sənədləri nəzərdən keçirməyin nə qədər vaxt aparacağını dəqiq bilmir.
Lakin nazir işin artıq tam sürətlə davam etdiyini aydınlaşdırıb.
Pit Heqset həmçinin bu tip məlumatların təhlilinin onun gündəlik işinin bir hissəsinə çevriləcəyini heç vaxt təsəvvür etmədiyini bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqonun naməlum uçan obyektlər və yerüstü həyatla bağlı məlumatlarını dərc edəcəyini açıqlayıb. O, mövzunu çox mürəkkəb adlandırıb. Lakin o, konkret çətinliklər barədə ətraflı məlumat verməyib.
Ağ Ev rəhbəri bu açıqlamanı sələfi Barak Obama yadplanetlilərin mövcudluğunu təsdiqlədikdən sonra verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB