ABŞ və Fransa arasında yeni gərginlik başladı

Fransız mətbuatında ABŞ-ın Paris Səfirliyinin sosial media hesabından Lyon şəhərində öldürülən aşırı sağçı gənclə bağlı edilən açıqlamalar səbəbilə Xarici İşlər Nazirliyinə çağırılan səfir Çarls Kushner-in getməməsi üzündən Fransız nazirlərlə görüşlərinin məhdudlaşdırılması, Paris-Vaşinqton xəttində “yeni gərginlik” kimi qiymətləndirilib.

SİA xarici KİV -ə istinadən xəbər verir ki, Le Figaro və Le Monde-un “ABŞ səfiri Çarls Kushner çağırıldığı halda Xarici İşlər Nazirliyinə gəlmədi” başlıqlı xəbərlərində, Kushner-in Fransa hökumətini antisemitizmə qarşı lazımi tədbirlər görməməkdə tənqid etdiyi ifadələrinə görə əvvəllər də Xarici İşlər Nazirliyinə çağırıldığı xatırladılıb.

Huffpost isə “ABŞ səfirinin yaratdığı yeni gərginlikdən sonra Fransız hakimiyyətlərinin qəzəbi” başlıqlı xəbərində Kushner-in çağırılmasına baxmayaraq Nazirliyə getməməsinin Parisin bu vəziyyətə diplomatik cavab verməsinə yol açdığını yazıb.

Habərdə Kushner-in əvvəllər də çağırıldığı halda Nazirliyə getmədiyi xatırladılaraq, Paris-Vaşinqton xəttində gərginliyin artdığı qeyd edilib.

France 24, iki ölkə arasındakı diplomatik gərginliyi “ABŞ səfiri Çarls Kushner Xarici İşlər Nazirliyinə getmədiyi üçün sanksiyaya məruz qaldı” başlığı ilə yayıb.

La Croix qəzeti isə “Çarls Kushner: Trampın kürəkəni və diplomatik olmayan çıxışları ilə tanınır” başlıqlı xəbərində Kushner-in İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trump ilə yaxın əlaqələrinə diqqət çəkib.

TF1 kanalı Fransa və ABŞ arasındakı diplomatik böhranı “Çarls Kushner, Fransa Xarici İşlər Nazirliyini görməzdən gəldi” başlığı ilə yayımlayıb, Le Point jurnalı isə Kushner-in “Paris-in sərhədlərini zorladığını” yazıb.

Xarici İşlər Naziri Jan-Noel Barrot, Lyon şəhərində 12 fevral tarixində solçu və aşırı sağçı qruplar arasında baş verən və bir gəncin ölümünə səbəb olan zorakılıq hadisəsinə dair açıqlamalar səbəbi ilə ABŞ-ın Paris səfiri Kushner-i dünən Xarici İşlər Nazirliyinə çağırmışdı.

ABŞ Paris Səfirliyinin ABŞ mərkəzli X şirkətinin sosial media platformasında yaydığı açıqlamada qeyd olunmuşdu: “Fransız Daxili İşlər Naziri tərəfindən də təsdiqlənən Quentin Deranque-nin aşırı solçu militantlar tərəfindən öldürülməsi xəbəri hamımızı narahat etməlidir.”

Açıqlamada, zorakılıq meylli aşırı solçuluğun Fransada artmaqda olduğu və gəncin ölümünün bu artımın ictimai təhlükəsizliyə də təhdid yaratdığını göstərdiyi vurğulanmışdı.

Xarici İşlər Nazirliyinə getməyən Kushner-in görüşləri məhdudlaşdırıldı

Fransız diplomatik mənbələr bildiriblər ki, Lyon-da öldürülən aşırı sağçı gənclə bağlı açıqlamalar səbəbilə Xarici İşlər Nazirliyinə çağırılan Kushner-in Nazirliyə getməməsi üzündən səfir artıq hökumət rəsmiləri ilə birbaşa görüş imkanı əldə edə bilməyəcək.

Trump-ın qızı İvanka Trump ilə evli olan Jared Kushner-in atası və ABŞ-ın Paris səfiri Çarls Kushner əvvəllər də Fransız hökumətini ölkədə artan yəhudi qarşıtlığı barədə kifayət qədər tədbir görməməkdə suçlamış və Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Kushner Nazirliyə getməyərək, görüşə öz komandası ilə qatıldığını açıqlamışdı.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə