24 fevralda yerli vaxtla saat 5:33-də (GMT vaxtı ilə saat 1:33) Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi 2,2 bal gücündə zəlzələ qeydə alıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, episentr Masis şəhərindən 10 km cənub-şərqdə (coğrafi koordinatları: 40,02° şimal enliyi və 44,54° şərq uzunluğu), 10 km dərinlikdə yerləşib.
Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən NEWS.am-a verilən məlumata görə, episentr zonasında zəlzələnin maqnitudası Rixter şkalası üzrə 2-3 bal olub, dağıntı qeydə alınmayıb.
Zəlzələ Masis şəhərində, eləcə də Mxçyan və Dvin kəndlərində 2-3 bal gücündə hiss olunub.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB