ABŞ qar çovğununda: 5 mindən çox reyd ləğv edildi

ABŞ-ın şərq ştatları yenidən güclü qar çovğununa məruz qalıb. Belə ki, ölkədə Delaverdən Massaçusetsə qədər uzanan bir neçə ştatda fövqəladə vəziyyət elan edilib. Bu gün 5 mindən çox daxili və beynəlxalq uçuş ləğv edilib. Bundan ən çox ölkənin şimal şərqində yerləşən Nyu York, Nyu-Cersi, Boston və Filadelfiya hava limanları zərər çəkib.

Çovğun xəbərdarlığı bu gün axşama qədər Nyu-Cersi, Nyu York və Konnektikut ştatlarında qüvvədə qalır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə