İran Rusiya ilə 500 milyon avroluq gizli müqavilə imzalayıb

Bu məqsədə çatmaq üçün ölkə Rusiya Federasiyası ilə razılığa gəlib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran hökuməti yeni hava hücumundan müdafiə infrastrukturunun tez bir zamanda qurulmasında maraqlıdır, çünki bir il əvvəl Tel-Əviv və ABŞ Silahlı Qüvvələrinin hücumları nəticəsində mövcud obyektlərinin böyük bir hissəsi zədələnib.

"Financial Times" qəzeti anonim yüksək vəzifəli məmurlardan əldə edilən sənədlərə istinadən vurğulayır ki, bu məqsədə çatmaq üçün ölkə Rusiya Federasiyası ilə çoxlu sayda silah əldə etmək barədə razılığa gəlib.

Nəşr bildirir ki, yüksək məxfi razılaşmalara uyğun olaraq, iranlılar Moskvadan Verba hava hücumundan müdafiə sistemləri və əlavə sursat almaq niyyətindədirlər. Jurnalistlər təchizata 500 milyon avro xərcləndiyini iddia edirlər. Bu məlumatı heç bir tərəf rəsmi olaraq təsdiqləməyib.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə hücum edəcəyi təqdirdə hökumətin ciddi cavab tədbirləri görəcəyini açıqlamışdı. Daha ətraflı məlumatı İctimai Xəbər Xidmətinin məqaləsində oxuya bilərsiniz.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ-ın Tehranla qarşıdurmanı daha da qızışdırmaqla hansı məqsədlərə nail olmaq istədiyi barədə çaşqınlıq ifadə edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə