Meksikanın bir neçə regionunda yerli narkokartelin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.
Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel üzvləri avtomobil yollarını bağlamağa başlayıblar.
Xatırladaq ki, Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB