Trampın İqamətgahına soxulmaq istədi, güllələnib öldürüldü!

Trampın İqamətgahına soxulmaq istədi, güllələnib öldürüldü!

ABŞ Prezidenti Donald Trampla bağlı daha bir qalmaqal yaşanıb. Ağ Ev rəhbərinin Florida ştatının Palm Biç şəhərində yerləşən Mar-a Laqo iqamətgahının mühafizə zolağına qanunsuz daxil olmağa çalışan 20 yaşlarında bir kişi zərərsizləşdirilib.

SİA-nın məlumatına görə bu barədə ABŞ Məxfi Xidmətinin məlumatında deyilir. Bildirilib ki, sözügedən şəxs odlu silahla vurulub. Əlavə informasiya verilmir.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə